SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Mənim təqdim etdiyim arayışda xəsarətlər qeyd olunsa da..." -AXA MBASK-dan ŞİKAYƏT

"Mənim təqdim etdiyim arayışda xəsarətlər qeyd olunsa da..." -AXA MBASK-dan ŞİKAYƏT

Tarix:

6-03-2017, 09:48

/ 1 636 dəfə oxundu.
"Mənim təqdim etdiyim arayışda xəsarətlər qeyd olunsa da..." -AXA MBASK-dan ŞİKAYƏT

Zərdab rayon Çallı kənd sakini Mustafayev Elmir Babaş oğlu tərəfindən şikayət məktubu daxil olub. Zərdablı narazı vətəndaş mətbuat vasitəsi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanova müraciət ünvanlayır. Elmir Mustafayevin müraciətini olduğu kimi dərc edirik.

"Cənab direktor 10 fevral 2015-ci ildə Zərdab - Ucar magistralında 90 FB 035 "Cevrolet Niva" markalı avtomobildə qəzaya düşmüşəm.Həmin avtomobildə sərnişin olmuşam.Qəza nəticəsində qarın boşluğunun və döş qəfəsinin küt travması,qara ciyərin cırılmış yarası,nazik bağırsağın reyaksiyası, sol budun yuxarı və sol mil sümüyünün qapalı sınığı, sol aşıq sümüyünün açıq sınığı xəsarətləri ilə Ucar MRX-nın cərrahiyyə şöbəsinə daxil olmuşam.Həmin gün Ucar xəstəxanasında mən cərrahiyyə əməliyyatı olundum. Əməliiyat bir neçə saat çəkdi. Əməlyyatla mənim cırılmış qarnım və ciyərim tikilmiş, bağırsağımın zədələnmiş hissəsindən bir hissəsi kəsilib götürülmüşdür. Fevralın 23-ə isə Ucar xəstəxanasının təcili tibbi yardım maşınıyla Bakı şəhər 1 saylı (Semashko) xəstəxanasının travmatalogiya şöbəsinə göndərilmişəm. Burda isə qolumdan və qilçamdan cərrahiyyə olunmuşam. Matrı 10-da xəstəxanadan evə buraxılmışam. Aprelin 27-si Ucar MRX-da təkrar qarın boşluğumdan cərrahiyyə olunmuşam. Hal-hazırda yenidən cərrahiyyə olunmağıma ehtiyac var .Çünki iki dəfə həkimlər cərrahiyə yolu ilə qarın boşluğunda olan zədələnmiş yerin çirklənməsinin qarşısını almağa çalışsalarda buna nail olmayıblar.

Ucar MRX-dan çıxandan sonra müailcəmi davam etdirmək üçün Zərdab RMX-a müraciət etdim.Buna səbəb yeriyə bilməməyim olmuşdu.Altı ayda orda müalicə aldıqdan sonra sənədlərimi 36-saylı TSEK-na təqdim etdim.Komissiya mənə iki ayda müalicə olunmağım üçün yenidən xəstəxanaya göndərdi. İki aylıq müalicədən sonra mən yenidən sənədləri 36 saylı TSEK-na tədim etdim.Nəhayət 7 aprel 2016-cı ildə 36-saylı TSEK məni 2 qrup əllil olduğumu təsdiq edən qərar verdi. Xəstəxanadan çıxandan bu günə kimi hasa ilə yeriyirəm
İcbari Sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən avtomobil qəzası zamanı maşında olan sərnişinlərin (3-cü şəxslərin) sığorta almaq hüququ var. Bununla bağlı mənə sığorta pulunu ödəməli olan AXA MBASK sığorta şirkətinə müraciət etmişəm. Onlar Əlilliyimlə bağlı 36 saylı TSEK mənə verdiyi arayışın notarial təsdiq olunmuş sürətini istədilər.Mən TSEK-in arayışının sürətini onlara təqdim etsəmdə mənə bildirdilər ki, bu arayışla biz sizə sığorta ödəməyəcəyik.Çünki mənim təqdim etdiyim arayışda xəsarətlər qeyd olunsada bu xəsarətlərin avtomobil qəzası nəticəsində aldığım yazılmayıb. Mən 36 saylı TSEK-ə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə müraciət etsəmdə xidmətdən mənə bildirdilər ki, biz verdiyimiz arayışa avtomobil qəzası nəticəsində zədədən olduğunu qeyd etmirik. Biz ora qeyd edirik səbəbini və tarixini və qrupun dərəcəsini .Onları da qeyd etmişik.36 saylı TSEK-ə əlilliyin təyin olunması ilə bağlı mənə verilən forma 88-də və Ucar MRX-dan verilmiş ambulator stasionar tibbi kartımdan çıxarışıda qeyd olunub ki, əlilliyimə səbəb olan xəstəliklər məndə avtomobil qəzası nətisəndə əmələ gəlib. Mən bu sənədləri AXA MBASK sığorta şirkətinə təqdim etsəmdə şirkətdən məni get-gələ salırlar.

İcbari Sığorta haqqında qanunun 17-ci maddəsinin 1.6-cı bəndində yazılmışdır: müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert komissiyasının arayışının surəti.
Qanunda göstərilən sənədləri təqdim etməyimə baxmayaraq niyə məni get-gələ salırlar? Beş aydı müraciət etmişəm bu beş ayda qalmışam iki qurumun arasında.
Mən 18 fevral tarixində sizin elektron poçt ünvanınıza müraciət etmişəm.Amma nədənsə bu günə kimi cavab almamışam.
Yuxarıda göstərdiklərimə əsasən sizdən xahiş edirəm mənim bu müraciətim araşdırılaraq mənə sığorta ödənişinin verilməsinə köməklik edəsiniz"
Əlaqə telefonim: 050-370-97-88

RegionXeberleri

Şərhlər

XƏBƏR LENTİ