SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ali Məhkəmə həbslərə qarşı çıxdı: Alternativ cəza varsa...

Ali Məhkəmə həbslərə qarşı çıxdı: Alternativ cəza varsa...

Tarix:

4-03-2017, 12:42

/ 1 505 dəfə oxundu.
Ali Məhkəmə həbslərə qarşı çıxdı: Alternativ cəza varsa...

Azərbaycanda az ağır cinayətlərin sayı artmasa da dinamika qalır.

Bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının bu gün keçirilən ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, həbs qətimkan tədbirinin seçilməsi barədə bəzi nöqsanlar var: "Bu məsələ Ali Məhkəmənin Plenumunda müzakirə ediləcək. Maddələri qeyd etməklə hakim kifayətlənir ki, həmin şəxs qaça bilər və yaxud da istintaqa təsir edə bilər. Əgər istintaq sübutları toplanılıbsa və hamı dindirilibsə, hansı təsirdən söhbət gedə bilər?".

Ş.Yusifov həbsdə saxlama müddətinin artırılmasında da problemlərin olduğunu bildirib: "Müstəntiq təqdimat yazıb, məhkəmə təmin edir, lakin gedib istintaq hərəkəti aparmır. Həmin müstəntiq arxayın olur ki, hələ müddətin bitməsinə vaxt var. Buna görə də Cinayət Məcəlləsini götürüb hökmə köçürmək lazım deyil. Alternativ cəza varsa, bunu etmək lazımdır. Bu işlərdə hakimlər gərək diqqətli olsunlar".

Şərhlər

XƏBƏR LENTİ