SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Novruz yarmarkalarında ucuzluq olacaq – Yerlər

Novruz yarmarkalarında ucuzluq olacaq – Yerlər

Tarix:

4-03-2017, 10:33

/ 1 647 dəfə oxundu.
Novruz yarmarkalarında ucuzluq olacaq – Yerlər

Yarmarkadakı qiymətlər bazar qiymətindən dəfələrlə ucuzdur.
Bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Novruz yarmarkalarının təşkili haqda danışarkən deyib.
Onun sözlərinə görə, çadırların qurulmasında əsas məqsəd bayram ərəfəsində əhalini ucuz məhsullarla təmin etməkdir.
“Artıq bir neçə gündür Bakı Şəhər İcra Hakimiyyətinin razılığı əsasında Ticarət və Xidmət departamenti şəhərin bir neçə yerində bayram yarmarkaları təşkil edib. İki yarmarka “28 May”, iki yarmarka “Nəriman Nərimanov”, biri isə “Gənclik” metro stansiyası yaxınlığında keçirilib. Növbəti günlərdə şəhərin digər yerlərində də bu cür yarmarkaların təşkili nəzərdə tutulub. Yarmarkada bayram şirniyyatları, səməni və güllərin satışı da həyata keçirilir”.
Qeyd edək ki, bayram yarmarkası 25 marta kimi davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ