SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Kimlər əfv olunacaq?

Kimlər əfv olunacaq?

Tarix:

4-03-2017, 10:08

/ 1 544 dəfə oxundu.
Kimlər əfv olunacaq?

Martda əfv sərəncamı imzalanacağı artıq dəqiqləşib. Martın 17-də dövlətdə axırıncı iş gününün olduğunu nəzərə alsaq, çox qısa zamanda bu sərəncamın şahidi olacağıq. Hazırda müzakirə edilən məsələlərdən biri də bu əfvə siyasilərdən kimlərin düşəcəyi ilə bağlıdır.

Həbsdə olan bir çox siyasi fəal var ki, əfv siyahısında adlarının olması üçün nəzərdə tutulan bütün kriteriyalara cavab verirlər. Onlardan bir neçəsinin adını çəkmək olar; Seymur Həzi, Məmməd İbrahim, Elvin Abdullayev, Asif Yusifli, Zeynalabdin Bağırzadə, NİDA-dan İlkin Rüstəmzadə və Əbdül Əbilov, REAL sədri İlqar Məmmədov və sair. Qarşıda imzalanacaq əfv sərəncamı ilə bu şəxslərin azadlığa buraxılacağına olan ümidlər kifayət qədər çoxdur.

REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova əfvə ümid etmədiyini söylədi: “İlqarla keçən həftə görüşdüm. Vəziyyəti yaxşıdır. Əfv barədə bir söz deyə bilmərəm. Elə də böyük ümidimiz yoxdur. Hər il bir neçə siyasi məhbus azad olunur, tək İlqardan başqa. Artıq 4 ildir bu belə davam edir. Ona görə də ümidlərimiz yoxdur”.

Əfv Komissiyasına 27 nəfərlik siyahi təqdim edən İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı bunları dedi: “Əfvə kimlərin düşməsi cənab prezidentin səlahiyyətində olan məsələdir. Bizim siyahıda olanlar cəzalarının böyük hissəsini çəkiblər. Gənclər var ki, onların həyatları sınmasın deyə azadlıqlarını xahiş etmişik. Bütün nüansları nəzərə alıb, 27 nəfəri seçmişik. Məncə, müsbət nəticə gözlənilir. Hər halda, bir az gözləyək, düşünürəm ki, ötənilki Novruzda olduğu kimi, bu dəfə də sevinəcəyik. Ötən il kifayət qədər şəxslər azad olundu. Əfv sözü çox məsuliyyətli bir sözdür. Bu, humanizm, insanpərvərlikdir. Bayramımızın özü də məhz buna yüklənib. Mənə elə gəlir ki, siyahımızda olan 27 nəfər azadlığa buraxılacaq. Bizim siyahı nə 160, nə də 120 nəfərlik deyil. Kifayət qədər çox şəxsin adlarını siyahılara salmaqla düşünürlər ki, işlər düzələcək. Onların düşüncələri tam yanlışdır. Hamısını bir-bir yoxlayıb seçmişik ki, onlar real olaraq azadlığa buraxıla bilərlər”.

Şərhlər

XƏBƏR LENTİ