SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Binə Çörək Zavodu rəhbərliyinə İTTİHAM-cəzalandırılmalı idi...

Binə Çörək Zavodu rəhbərliyinə İTTİHAM-cəzalandırılmalı idi...

Tarix:

4-03-2017, 10:03

/ 14 232 dəfə oxundu.
Binə Çörək Zavodu rəhbərliyinə İTTİHAM-cəzalandırılmalı idi...

Binə Çörək Zavodundan yenə şikayət var.

Redaksiyası ilə əlaqə saxlayan oxucularımız bir müddət əvvəl saytımızda gedən yazıdan sonra KİV vasitəsilə bəzi suallara aydınlıq gətirilməsini istəyirlər. Mətləbə keçməzdən öncə qeyd edək ki, bir neçə gün əvvəl saytımızda Binə Çörək Zavodunda istehsal edilən çörəyin içərisindən naməlum əşya tapılması ilə bağlı yazı dərc edilmişdi. Yazıda bildirilirdi ki, Bakı sakini A.Həsənova 22.02.2017-ci il tarixdə saat 19.00 radələrində Xəzər rayonu Binə qəsəbəsində marketdən çörək alıb. Evdə çörək doğrandığı vaxt içindən təsbit edə bilmədiyi əşya çıxıb. Məsələ ilə bağlı mağazaya şikayət edilib. Bildirilib ki, çörək Binə Çörək Zavodunun məhsuludur. Binə Çörək Zavodunun məhsulu olan çörəyin içindən çıxan əşyanın fotoları da həmin yazıya əlavə edilmişdi.

Rdaksiyaya müraciət edən oxucularımız isə buna oxşar halın bir neçə ay əvvəl də baş verdiyini xatırladırlar. Bildirirlər ki, ötən il mediada Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yaşayan Nicat Vəlizadənin aldığı Binə Çörək Zavodunun istehsalı olan çörəyin içindən qurd çıxması haqda da yazı gedib: “Qurddan başqa çörəyin içərisində uzun iplər də olub. Bunlar hələ ictimailəşən faktlardır. Bizim özümüz də əvvəllər həmin zavodun çörəyindən alırdıq, amma bu cür halların baş verdiyini görüb evdə çörək bişirmək qərarına gəldik. Ondan əvvəl aldığımız başqa yerli zavodların məhsulları da keyfiyyətsiz çıxmışdı. Amma bizi narahat edən bu zavodun arxasında kimin dayanmasıdır. Kimdir bu qədər arxalı adam ki, zavodla bağlı az qala ayda bir dəfə neqativ hal baş verməsinə baxmayaraq, müvafiq qurumlar orada yoxlama aparmır? Bir balaca bahalaşma yaranan kimi ən birinci qiyməti Binə Çörək Zavodu qaldırıb həmişə. Qiyməti açıq-aydın qaldırmağa cəsarət etməyəndə çəkisini salıblar. Alın çəkin baxın, 600 qram olmalı olan çörəkləri maksimum 480-500 qramdır. Bu da qiymət artırmağın bir yoludur”.

Oxucularımız bizə daha ilginc bir fakt haqda da məlumat verdilər. Bildirdilər ki, Binə Çörək Zavoduna aid avtomobil ötən il ölümlə nəticələnən qəza törədib. Sürücülük vəsiqəsi olmayan adam zavodun məhsullarını daşıdığı zaman qəzaya səbəb olub, amma zavod rəhbərliyi hər hansı məsuliyyətə cəlb olunmayıb: “Zavoda məxsus “Ford” avtomobili “07” ilə toqquşmuşdu, 2 nəfər ölmüşdü, 4 nəfər yaralanmışdı. Həmin vaxt bu barədə saytlardan bəziləri yazdı, “Ford”un sürücüsünün vəsiqəsi yox idi. Zavod rəhbərliyi bu hadisəyə görə heç bir məsuliyyət daşımadı”.

Məsələ ilə bağlı google.az axtarış sistemində axtarış verdik və oxucularımızın iddialarının haqlı olduğunu gördük. Belə ki, ötən il iyul ayının 22-də baş verən hadisə haqda belə bir məlumat yayılıb:
Qala-Türkan yolundakı dairədə – yanacaqdoldurma məntəqəsinin qarşısında “VAZ-2107” markalı, 10 XF 917 dövlət nömrə nişanlı və “Ford” markalı, 90 HJ 927 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov avtosfer.az-a deyib ki, hadisə ilə bağlı aparılan ilkin araşdırma zamanı “Ford”u idarə edən 1994-cü il təvəllüdlü, Hacıqabul rayonunda anadan olmuş və Binə südçülük sovxozu ərazisindəki yeni yaşayış massivində yaşayan Əliyev Vasif Fuad oğlunun sürücülük vəsiqəsi olmadığı üzə çıxıb. O, həmin avtomobillə Binə çörək zavodunun çörək və digər un məmulatlarını Şüvəlan, Mərdəkan və Həşəxunu yaşayış məskənləri ərazisində daşımaqla məşğul olurmuş. Hadisə zamanı ölənlər Xocalı şəhər sakini, Ramana qəsəbəsində yaşayan 1973-cü il təvəllüdlü Əsədov Rüstəm Elbrus oğlu və Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü Əliyev Zahir Tapdıq oğludur. Məlumata görə, Rüstəm Əsədov “07”nin sürücüsü, Tahir Əliyev isə onun sərnişini olub. Həmin avtomobildə olan digər iki sərnişin xəsarət alıb. “Ford”un sürücüsü və sərnişini də yaralanıb və ilkin tibbi yardım göstərilib. Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Vaqif Əsədov onu da bildirdi ki, hüquqi və fiziki şəxslər məhsulların daşınmasını həyata keçirərkən istifadələrində olan nəqliyyat vasitələrini idarə edənlərin sürücülük hüququnun olub-olmamasına diqqət etməli, onların reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Əks halda, qanunvericiliyin tələbinə əsasən, onları da ciddi cəzalar gözləyir: “Zavod rəhbəri həmin şəxsin sürücülük vəsiqəsi olmadığını bildiyi halda avtomobili ona verməsəydi, belə hadisə də baş verməzdi. Bu cür müəssisə rəhbərləri belə məsələlərdə diqqətli olmalı və qanunun tələblərinə əməl etməlidirlər”.

Göründüyü kimi, möhtərəm oxucularımız bizə heç də yanlış məlumat verməyiblər. Onların narahatlığını nəzərə alaraq həmin hadisə üzrə istintaqın gedişi və nəticəsi haqda məlumat əldə etməyə çalışacağıq.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

AFN

Binə Çörək Zavodu rəhbərliyinə İTTİHAM-cəzalandırılmalı idi...
Binə Çörək Zavodu rəhbərliyinə İTTİHAM-cəzalandırılmalı idi...
Binə Çörək Zavodu rəhbərliyinə İTTİHAM-cəzalandırılmalı idi...

Şərhlər

XƏBƏR LENTİ