ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yenidən artıracaq.
Bu barədə FED-in rəhbəri Canet Yellen açıqlama verib.
C.Yellen bildirib ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsinin artırılması gözlənilir.
Qeyd edək ki, FED uçot dərəcəsini sonuncu dəfə ötən ilin dekabrın 14-də artırıb.