SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » BAKIDA ADAM OĞURLUĞU: - "Maşına oturdum naməlum istiqamətə apardılar"

BAKIDA ADAM OĞURLUĞU: - "Maşına oturdum naməlum istiqamətə apardılar"

Tarix:

3-03-2017, 11:48

/ 1 435 dəfə oxundu.
BAKIDA ADAM OĞURLUĞU: - "Maşına oturdum naməlum istiqamətə apardılar"

Bakıda adam oğurluğu hadisəsi baş verib. Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk ki, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai RPİ 35-ci PB-yə müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlanmasını bildirib.

35-ci PB əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin gün Ağakərim Səmədzadənin qardaşı Fərid və tanışı Ziya Sultanovla bigə S.Abbasovu "Opel" markalı avtomobilə oturdaraq rayon ərazisində kirayəyə götürdükləri evə aparıb orada saxlamaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Z.Sultanov, A.Səmədzadə və qardaşı Fərid tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ