SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Polad Ələmdar" ayamalı başçı da yola salınır-ŞƏMKİR

"Polad Ələmdar" ayamalı başçı da yola salınır-ŞƏMKİR

Tarix:

3-03-2017, 10:28

/ 2 972 dəfə oxundu.
"Polad Ələmdar" ayamalı başçı da yola salınır-ŞƏMKİR

Şəmkir rayonunun "Polad Ələmdar" ayamalı icra başçısı Alimpaşa Məmmədov vəzifəsindən azad oluna bilər. Bu barədə danışan mənbə iddia edir ki, həm Hesablama Palatasının rayonda apardığı yoxlamalarının neqativ nəticələri və həm də Şəmkir rayonunun adının barəsində ən çox şikayət olunan rayonlar sırasında olması belə bir qərarın verilməsinə nədən ola bilər. Amma əsas səbəb də bu deyil.

Bilgiləndirən qaynaq iddia edir ki, Vergilər Naziri Fazil Məmmədovun himayəsi altında olan Alimpaşa Məmmədov elə himayədarının da qəzəbinə tuş gəlib. Mənbənin söylədikləri:

"Bu günlərdə nazirlə başçı arasında çox ciddi məbləğ üzündən anlaşılmazlıq olub. Daha doğrusu, gərginlik. Bu isə Alimpaşa Məmmədovun üstündən xətt çəkilməsinə səbəb olub. Çünki nə zaman idi, Alimpaşa Məmmədovla bağlı Fazil Məmmədova iradlar bildirilirdi. Və nazir də himayəsində olan başçını savunurdu. İndi isə belə bir himayə də qalmayıb ki, bu da Alimpaşa Məmmədovun ilk büdrəyişində karyerasının bitişi ilə nəticələnəcəyi ehtimalını artırır".

Əlavə detallı bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...

dia.az

Şərhlər

XƏBƏR LENTİ