SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qadına zor tətbiq edənlər polisi bıçaqladı

Qadına zor tətbiq edənlər polisi bıçaqladı

Tarix:

2-03-2017, 15:23

/ 1 636 dəfə oxundu.
Qadına zor tətbiq edənlər polisi bıçaqladı

Şəmkir rayonunda keçmiş məhkumlar qadına zor tətbiq edib pulunu alarkən saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 1-də Şəmkir şəhərində yerləşən ticarət mərkəzlərindən birində əvvəllər məhkum olunmuşlar - rayon sakini, Ülfət Vəliyev və Yevlax rayon sakini Zaur Qocayev Təzəkənd kənd sakini Gülsüm Məmmədovaya zor tətbiq edib içərisində 50 manat olan pul kisəsini alıblar.

Bu zaman yaxınlıqda olan iki polis əməkdaşı onları saxlayarkən Z.Qocayev polis əməkdaşlarından birinin əlinə bıçaqla xəsarət yetirib. Z.Qocayev saxlanılaraq RPŞ-yə təhvil verilib, digər şəxsin tutulması üçün tədbirlər görülür.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ