SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Masallı sakini müstəntiqdən şikayətlənir

Masallı sakini müstəntiqdən şikayətlənir

Tarix:

2-03-2017, 12:30

/ 1 921 dəfə oxundu.
Masallı sakini müstəntiqdən şikayətlənir

İşə düzəlmək üçün pul verdi, aldadıldı, amma cinayət işi açılmadı

Müraciət edən Yardımlı rayonu Bozayran kənd sakini Hümbətli Bəhruz Firsənd oğlu iddia edir ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Masallı Rayonlararası Mühafizə Bölməsində işə düzəlmək üçün ondan 1000 manat alınıb.

Himayəsində üç azyaşlı övladı, 80 yaşlı ikinci qrup əmək veteranı olan anası olan Bəhruz Hümbətlinin şikayəti əsasında Masallı Rayon Prokurorluğunda şikayət araşdırılıb.

“Prokurorluğun böyük müstəntiq vəzifəsi üzrə stajoru Qurbanov Cahangir Çingiz oğlunun icraatında olan 161 C-16 nömrəli cinayət işi üzrə başlanmış cinayət işinin rədd edilməsi haqqında 26 dekabr 2016-cı il tarixdə çıxardığı qərardan tam narazıyıq. İfadələr birtərəfli aparılıb. İşə düzəltmək adı ilə məndən 1000 manat alınsa da, müstəntiq məni zərərçəkmiş kimi tanımayıb. Telefon danışıqları ilə bağlı mobil operatora sporğu göndərilməyib, araşdırılma aparılmayıb”,-deyə Bəhruz Hümbətli bildirir. Onun sözlərinə görə, ona edilən təzyiqlər nəticəsində depresiyaya düşüb, intihara belə cəhd edib.

Prezident Administrasiyasına və Baş Prokurorluğa müraciət edən Bəhruz Hümbətli Masallı rayon Prokurorluğunun müstəntiqi Cahangir Qurbanov tərəfindən başlanmış cinayət işinin rədd edilməsinin araşdırılmasını xahiş edib.

Ramid İBRAHİMOV

bizimyol

Şərhlər

XƏBƏR LENTİ