SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı ilə nazirin kompromat savaşı başlayıb - İDDİA

İcra başçısı ilə nazirin kompromat savaşı başlayıb - İDDİA

Tarix:

1-03-2017, 16:55

/ 2 789 dəfə oxundu.
İcra başçısı ilə nazirin kompromat savaşı başlayıb - İDDİA

GəncəDövlət Filarmoniyasına direktor təyinatından dərhal sonra Gülçin Mirzəyevanın Gəncə Musiqi Kollecinin direktoru olduğu zaman rüşvət alarkən çəkilmiş gizli videosu yayıldı.

Baş Prokurorluq yeni direktorun əvvəlki iş yerində yol verdiyi qanunsuzluqlarla bağlı xüsusi açıqlama yaydı və sanki məsələ ilə bağlı yenidən cinayət işi açılır.

Amma iddia edilir ki, bu məsələnin pərdəarxasında şəhərin icra başçısı Elmar Vəliyevlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qarşıdurması gizlənir.

Verilən məlumata görə, kollecdəki rüşvətlə bağlı cinayət işi hələ aylar əvvəl açılsa da, iş "dondurulmuş" saxlanılıb. Xalq artisti Şahnaz Haşımovanın filarmoniyanın direktoru vəzifəsindən uzaqlaşdırılması və yerinə barəsində cinayət işi olan bir şəxsin təyin edilməsi isə Gəncənin icra başçısı Elmar Vəliyevi qəzəbləndirib.

Ehtimal edilir ki, Elmar Vəliyevin Əbülfəs Qarayevin Şahnaz Haşımovanı Gülçin Mirzəyeva ilə əvəzləməsini "həzm edə" bilməməsi səbəbindən kopromat savaşı başlayıb.

İddiaya görə, G.Mirzəyevanın filarmoniyaya direktor təyinatı barədə əmr verilərkən başlayan bu qalmaqalla E.Vəliyev Ə.Qarayevə zərbə vurmaq məqsədini güdüb.

Məlumatlı şəxs deyib ki, 2016-cı ilin sonunda Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən azad edilən Şahnaz Haşımovanın fəaliyyəti Əbülfəs Qarayev tərəfindən mənfi qiymətləndirilib. Bu isə Elmar Vəliyevi qane etməyib. E.Vəliyev Ş.Haşımovanın direktor vəzifəsindən çıxarılmasına qarşı olub.

Ancaq G.Mirzəyevanın nazirə "yol taparaq" boşalan direktor postuna yiyələnməsi nazirlə icra başçısı arasındakı gərginliyi qızışdırıb. Başçı, hətta Gülçin Mirzəyevanın direktor təyin olunmasına baxmayaraq, onu filarmoniyaya buraxdırmayıb: "Düzdür, qarşı tərəf bunu cinayət işi ilə bağlı aparılan araşdırma ilə əlaqələndirib. Əslində isə, real fakt qeyd etdiyimiz kimidir".

Məlumatlı şəxs deyib ki, böyük ehtimalla proses E.Vəliyevin istəyinə uyğun yekunlaşacaq. "Elmar Vəliyev təhsil naziri Mikayıl Cabbarovu özü ilə necə hesablaşdırdısa, Əbülfəs Qarayevi də elə hesablaşdıracaq",-deyə məlumatda bildirilib.

Reyting.az

Şərhlər

XƏBƏR LENTİ