SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Maliyyə Bazarlarına Nəzarət Palatasının “Qanpulu” bazarlığı

Maliyyə Bazarlarına Nəzarət Palatasının “Qanpulu” bazarlığı

Tarix:

16-02-2017, 12:46

/ 2 837 dəfə oxundu.
Maliyyə Bazarlarına Nəzarət Palatasının “Qanpulu” bazarlığı

Bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyində kadr dəyişikliyinin baş verdiyi, Palatanın idarə heyətinin üzvü, hüquq və icraat departamentinin direktoru Fəxriyar Cabbarovun “öz istəyi ilə” yerini Əfqan Baxışova verdiyi xəbəri yayıldı. Aldığımız bilgiyə görə, F. Cabbarov heç də öz istəyi ilə görəvindən ayrılmayıb. Sən demə, Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) savaş əlilləri, şəhidlərin “qanpulu”nu yemə korrupsiyasına MBNP də ortaq olmaq yolunu tutub. El arasında “Sığorta Mamed” kimi tanınan DSKŞ sədri Məmməd Məmmədovun “qanpulu” ilə “bəslədiyi” ləğv edilən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidmətinin (rəisi Namiq Xəliov) yerini Maliyyə Bazarlarına Nəzarət Palatası alsa da, yenə də əlil, şəhid ailələrinə qarşı “qanpulu dələduzluğu”na son qoyulmayıb. Qan kompensasiyalarını ala bilməyən Qarabağ əlilləri və şəhid ailələrinin Palataya müraciətləri Konstitusiyaya uyğun yox, yenə də rüşvət, korrupsiya prizmasından “çözülür”. Fəxriyar Cabbarovun işini itirməsi də bununla bağlıdır . DSKŞ – dəki sığorta dələduzluğuna hüquqi qiyməti verilməməsindən, şirkətin sədr müavini A.Hacıyevin MBNP–nın idarə heyətinin üzvü Fəxriyar Cabbarova 19.01.2017 tarixli rüşvət-korrupsiya “iyi verən”, Konstitusiya Məhkəməsinin (KM) 28.01.2014 tarixli Qərarına etiraz etdiyi cavabından yazmışıq. Fikir verin, Qarabağ əlilinin MBNP–yə daxil olan müraciətinə baxan Palatanın baş icraçı direktoru İbrahim Alışov və idarə heyətinin üzvü Fəxriyar Cabbarovun DSKŞ sədri Məmməd Məmmədova ünvanladığı 18.10.2016 tarixli 04/10- 3664 saylı “Konstitusiya Məhkəmıəsi Plenumunun 28.01.2014 tarixli Qərarını rəhbər tutaraq sığorta ödənişinin verilməsinin təmin edilməsi tələbi”nə 3 aydan sonra (??) 19.01.2017 – də şirkətin sədr müavini imtina ilə cavab verib. Özü də cavab icraçı direktora yox, idarə heyətinin üzvünə ünvanlanıb. Belə çıxır ki, icraçı direktoru ya saymırlar, ya da ona da şirkətin sədri ayrıca cavab yazıb. İstənilən halda “Vətəndaşların müraciətləri haqqında” qanunun pozulması göz önündədir. Amma pozulan təkcə bu qanun yox, həm də ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyadır. Baxın, Palatanın Fəxriyar Cabbarovu DSKŞ-nin “çaldığı qanpulundan rüşvət - korrupsiya havasına” necə “əl götürüb oynayır”: Fəxriyar Cabbarov və istehlakçıların və investorların hüquqlarının müdafiəsi idarəsinin rəisi Günel Cavadovanın MBNP - nın adından imzaladıqları 30.01.2017 tarixli 10-871 saylı məktubla bildirlir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə və Binəqədi rayon İcra Şöbəsinin 27.02.2013 tarixli qərarına əsasən qanunvericiliklə müəyyən olunmuş 880 manat sığorta ödənişi DSKŞ tərəfindən aidiyyəti üzrə Binəqədi Rayon İcra Şöbəsinin bank depozit hesabına köçürülmüşdür. Qanpulunun – sığorta ödənişinin qanını verən Qarabağ əlilinin yox, guya icra şöbəsinin hesabına köçürülməsi dələduzluğunu bir yana qoyaq. Axı qanunvericiliklə müəyyən olunan məbləğ 880 manat yox, bundan 10 dəfə çoxdur! Konusitutsiya Məhkəməsi Plenumun 28.01.2014 tarixli Qərarında sığorta məbləğinin 20.10.2006 –cı ildə müəyyən olunan 11 min manatdan az ola bilməzliyi təsbit olunub axı! Elə Palatanın DSKŞ-ya yuxarıda vurğuladığımız 18.10.2016 tarixli məktubunda Konstitusiya Məhkəməsi Plenumunun 28.01.2014 tarixli Qərarının 2-ci hissəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğinin hal-hazıra qədər almayanlara ödənilməli olması tələb olunub. Fəxriyar Cabbarov özünün 3 ay 12 gün öncə imzaladığı məktubu unudub, yoxsa KM-in sözügedən qərarını? İstənilən halda bu “unutqanlığın” “qanpulu korrupsiyası”ndan qaynaqlanması açıq – aşkardır. Elə bu “qanpulu bazarlığı” da F.Cabbarovu “öz istəyi ilə” bazara nəzarətdən uzaqlaşdırıb . Dövlətin ayırdığı sığorta ödənişini yeməklə “sığorta” ayaması qazanan DSKŞ sədrinə Qarabağ əlilləri və şəhid ailələri artıq yeni “titul” ayırıblar: ”Qanpulu Mamed”. Layiqli addır! Palata da “Qanpulu Mamed”in “qanpulu” yemindən sığortalanmayıbmış! Qanını – canını verən (Anadolu türkləri demiş) ƏSGƏR - MEHMETCİK, qan (pulu) sümürən “Sığorta Mamed”! Bazar açıblar. Qan bazarı. Dövlət və hökumət başçılarının bazarı bağlamaq istəyi görünmür.
Allah kəssin belə bazarı...

Şərhlər

XƏBƏR LENTİ