SON DƏQİQƏ
XalqXeber.Az » Parlamentdə büdcə müzakirəsi - 5 komitə toplandı

Parlamentdə büdcə müzakirəsi - 5 komitə toplandı

Tarix:

8-11-2017, 12:35

/ 64 818 dəfə oxundu.
Parlamentdə büdcə müzakirəsi - 5 komitə toplandı

Bu gün Milli Məclisdə 5 komitə birgə 2018-ci ilin dövlət büdcəsini müzakirə edir.
Millət vəkili Hadı Rəcəbli bildirib ki, gələn ilin büdcəsi 2017-ci ilin büdcəsindən 20% çoxdur. Büdcənin böyük hissəsinin sosial müdafiə məsələlərinə yönəldiyini qeyd edəh h. Rəcəbli gələn ilki büdcənin 33,5 faizinin bu səhəyə ayrıldığını vurğulayıb: “Büdcənin sosial yönümlü olması rəqəmlərdə də görülür”.
Maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, 2018-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən bir barrel neft 45 ABŞ dolları səviyyəsində götürülüb: “2018 gəlir və xərclər üzrə qısa məlumatı təqdim etmək istəyirəm. Gələn ilin büdcəsində gəlirlər 20 milyon 127 milyon manat səviyyəsində müəyyən edilib. Bu isə cari illə müqayisədə 20 faiz çoxdur.

Qeyri-neft sektoru üzrə xərclər 205 milyon, cari illə müqayisədə 2,3 faiz çoxdur.

Gələn il ÜDM tərkibində büdcə xərcləri 3,8 faiz artaraq 30 faizə çatdırılacaq.

İki milyard dövlət borcu ilə bağlı xərclərə yönəldiləcək.
Elm xərcləri 128 milyon nəzərdə tutulub, bu, cari illə müqayisədə 10 milyon manat çoxdur.

Dörd milyon manat elmin inkişafı fonduna yönəldiləcək.

Təhsilə 2 milyard ayrılacaq. Bu isə cari illə müqayisədə 210 milyon manat çoxdur. Bu məbləğin 363 milıyon manatı bir sıra dövlət proqramları və tədbirlərin xərcinə yönəldiləcək.

Müəllimlərin qiymətləndirməsini əhəmiyyətli dərəcə artırmaq məqsədilə cari ildə görülən işlərin növbəti ildə yekunlaşdırılması proqnozlaşdırılır. Bunun üçün 71 milyon manat nəzərdə tutulub.

Səhiyyəyə 741 milyon manat, pensiya, ünvanlı sosial yardımlar üçün sosial təminat xərcləri 2 milyon 197 milyon manat ayrılacaq.

Qaçqın və məcburi köçkünlər üçün 487 milyon vəsait nəzərdə tutulub. Bu, cari illə müqayisədə 167 milyon manat çoxdur.

Mənzil təlabatının ödənilməsi, güzəştli mənzillə təminat üçün büdcədən 257 milyon ayrılacaq. Bu, cari illə müqayisədə 100 milyon manat çoxdur.

Məşğulluq, yeni iş yerləri üçün 95 milyon nəzərdə tutulub.

Dövlət borclarına xidmətlərlə bağlı xərclər üçün 2 milyard manat nəzərdə tutulub. Bu, cari illə müqayisədə 621 milyon manat çoxdur.

Növbəti ildə beynəlxalq təşkilatlara üzvlüklə bağlı ayrılan vəsait 215 milyon manatdır.

2018-ci il dövlət büdcəsində social yönlü layihələrin maliyyləşməsinə 1 milyard 216 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Gələn il dövlət tərəfindən maliyyə yardımı, ianə dotasiyalar şəklində bələdiyyələrə, dini qurumlara, KİV-ə siyasi partiyalara, gənclər fonduna, elmin inkişafı fondu və bilik fonduna da vəsaitlər nəzərdə tutulub.

2018 ci ildə dövlət kəsiri 779 milyon manat olacaq. Bu, cari illə müqayisədə 0,6 faiz aşağıdır.

Ümumdaxili məhsulun real artımının 1,5% təşkil edəcəyi proqnozlaşdırılır. ÜDM-in 83%-i özəl sektorun hesabına formalaşacaq.

Gələn il qeyri-neft sektorunda 2,9% artım olacağı və 47,6 milyard manatlıq əmtəə və xidmət istehsal ediləcəyi gözlənilir”.

Şərhlər

XƏBƏR LENTİ