SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qaradağ RPİ-nin müstəntiqindən-ŞİKAYƏT

Qaradağ RPİ-nin müstəntiqindən-ŞİKAYƏT

Tarix:

13-02-2017, 21:11

/ 2 255 dəfə oxundu.
Qaradağ RPİ-nin müstəntiqindən-ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti Cənab İlam Əliyevə,

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə,

Daxili Işlər naziri cənab Ramil Usubova,

Bakı Baş polis İdarəsinin rəisi cənab M.Seyidova,

Ədliyyə naziri cənab F.Məmmədova,

Məhkəmə Hüquq Şurasına,

Azərbaycan Respublikasının baş prokuroru cənab Z.Qaralova,

Vəkillər kollegiyasının sədri cənab Azər Tağıyevə,

Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab M.Quliyevə,

Ombudsman Aparatının rəhbərinə,

Müstəqil mətbuat orqanı rəhbərlərinə.

Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massiv ünvanda yaşayan zərəçəkmiş Hacıyeva Nərgiz Zərbala qızı tərəfindən

“ 150036004 saylı cinayət işi üzrə təqsirləndirilən saqqqalı ekstremist dəstənin rəhbərləri Lazım və Səyyar Əndəlifovların vəkili Ənnağı Məmmədlinin Qaradağ RPİ-nin müstəntiqilə sövdələşərək bizim ailəni saxta ittihamla həbs etdirəcəyilə hədələməsinin qarşısının alınması” barədə

Ş İ K A Y Ə T

Həmkəndlimiz olan Əndəlifov Lazım və Səyyar Əzim oğlu və saqqalı ekstremist dəstəsinin bizim ailəmizə qarşı törətdiyi qanunsuz hərəkətləri barəsində dəfələrlə yerli və yuxarı hüquq-mühafizə orqanlarına etdiyimiz şikayətlərdən sonra nəhayət ki, baş vermiş hadisə ilə bağlı hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2, 221.3 və 186-cı maddələri üzrə açılmış cinayət işi nəhayət 2016-cı ilin sentyabrından Qaradağ Rayon Məhkəməsində baxılmaqdadır.

Əvvəllər MTN-nin proyekti əsasında hərkət edən Əndəlifovlar dəstəsinin özbaşnalıqlarının qarşısının alınması üçün digər həmkəndlimiz də Əlihəsən Fərəcullayev də şikayət ərizəsi yazmış və məsələ dərhal da dövlət orqanlarının nəzarətinə götürülmüşdür. Bütün bu olanlardan sonra Əndəlifovlarin adamları bizi yenə şikayət etdiyimizə görə hədələməyə başlamışlar. Doğrudur, MTN dövründə bu dəstə dədələri Əzimə məxsus və kəndimizdə yerləşən,qanunsuz fəaliyyət göstərən məscidə yığışaraq müxtəlif fitfalar, qərarlar verməklə məşğul olurdular ki, bu dəstədən bütün sakinlər qorxur, onların əmrlərini yerinə yetirirdilər. MTN quldurları ləğv edildikdən sonra biz də bir rahatlıq hiss etdik və bu dəstənin göstərişlərinə əməl etmədik. Onlar istəyirdilər ki, mənim də oğullarım gedib onların məscidlərində namaz qılsınlar, moizələrinə qulaq assınlar və sonra Suriyaya gedib İslamı müdafiə etsinlər. Elə buna görə Lazım-Səyyar qardaşlarının göstərişləri əsasında bizə son iki-üç ildə təzyiqlər artmışdır. Əvvəl onlar yaşadığımız evin darvazasına 2-3 ədəd boş araq butulkası asdılar və camaata elan etdilər ki, bunlar kafirdirlər. Sonra da Lazımın arvadı Rahiləni üstümüzə saldılar ki, guya oğullarım onu döymüşdür. Üş dəfə bu barədə Qaradağ Pİ-də araşdırmalar aparılıb və cinayət işinin rədd edilməsilə bağlı qərar qəbul olunsa da bunlar bizim ailədən əl çəkmədilər.

Biz son olaraq 14 sentyabr 2016-cı il tarixində ailəmizin təhlükəsizliyinin təmin edilməsi üçün Daxili işlər naziri cənab Ramil Usubova rəsmi müraciət etmişik. Müraciətimiz Qaradağ Prokurorluğuna göndərilsə də hələlik heç bir tədbir görülmür.

Əndəlifovlar ailəsi zorakılığa əl atmışdır. Belə ki, əvvəl 10 may 2015-ci il tarixində yaşadığımız evə 30-40 nəfər qohum-qardaşları və qonşu qəsbələrdən çağrılmış saqqalı dəstə ilə quldur basqını törədərək hasarımızı uçurtması, evi daşqalaq etməiş və nəticədə ev içində olan mebel və digər əyalarla birlikdə tam yararsız hala salınmaış, həyətdə oğlumun tikib yaşadığı ikiotaqlı evi dağıtmış, evin darvazlararını söküb 14 metr kənarda olan qonşu əraziyə tullamış və evin divarlarına nalayiq sözlər yazaraq insana yaraşmayan vəhşiliklər törətmişlər.Bu barədə digər faktları bizim istintqa verdiyimiz ifadələrə və şahid ifadələrinə baxmayaraq bu quldur dəstəsinin rəhbərlərinə elan olunan ittiham aktından pois mayoru Habil Hüseynovla sövdələşmələr əsasında qəsdən itirilmiş və yüngül maddələrlə baxılması üçün 2016-cı ilin sentyabrında Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə isə biz zərərçəkmişlərin bu barədə etirazlarını, faktların yenidən araşdırlmasıilə bağlı sədrlik edən hakim Fuad Hüseynov tərəfindən rədd edilir və bizə 14 may 2015-ci il tarixdə ikinci basqın zamanı törədilmiş cinayəti deyil, yalnız 10 may 2015-ci il tarixində baş vermiş hadisəyə münasibət bildirməyi tələb edir. Hakimin bu mövqeyi bizləri sadəcə olaraq məyus edir. Bütün bu dəhşətli səhnələri “Təzadlar” qəzetinin əməkdaşı hadisə yerində çoxsaylı fotoşəkillərlə qeydə alıb qəzetində və rəsmi internet səhifəsində yerləşdirmişdir. Çox təəssüflər olsun ki, təqsirləndirilən şəxs hesab olunan Əndəlifov Lazımın arvadı Rəhilə Əndəlifovanın şikayəti əsasında zərəçəkmiş kimi istintaqda tanınan oğlum Maarif Hacıyevə qarşı CM-nin 128-ci maddəsini tətbiq etməklə (xuliqanlıq) bizi susdurmaq istədilər. Və hörmətli hakim Fuad Hüseynov 15 noyabr 2016-cı il tarixli əsassız hökmüilə 3 azyaşlı uşaq atası olan oğlum Maarifı saxta sübutlarla 6 ay müddətində dərhal cəzalandırdı. Hazırda bununla kifayətlənməyən Rahilə Əndəlifova və digər bir özlərinə yaxın qadının şikayəti əsasında digər oğlum Mahir Gülverdi oğlu və ərim Gülverdi Hacıyevin barəsində Qaradağ rayon Pİ-nin 11-ci Polis Bölməsinə bölmənin rəis müavini olan Elman Balayevin ( “Ümid” Partiyasının sədri İqbal Ağazadənin yaxın qohumu) əsassız göstərişilə təcili olaraq bölməyə gəlməsini və izahat verməsini tələb etmişlər. Yəni, Əndəlifovların vəkili Ənnağı Məmmədli adlı birisi məhkəmənin getdiyi bir zamanda bizim ailəyə qarşı vəsatət verməklə istəyir ki, oğlum Mahir və ərimə qarşı polisdə təcili uydurma şikayət başlansın ki, o müdafiə etdiyi dəstəni bizi şantaj etməklə təmizə çıxarsın. Doğrudur, vəkilin vəsatəti və Əndəlifovların 5000 baş qoyun –quzusunun satılması müqabilində vəkil nəyin bahasına olur olsun adekvat tədbir olaraq Qaradağ Polis İdarəsində müstəntiq Elman Vəliyevlə sövdələşərək hazırki iş üzrə zərərçəkmiş kimi tanınan oğlum Mahirə qarşı CM-nin 221.3 maddəsi üzrə saxta cinayət işi başlasalar da etdiyimiz çoxsaylı şikayətlərdən sonra məsələ sanki “donmuşdur”.

Qaradağ rayon Məhkəməsinin hakimi F.Hüseynov yerdə qalan, təqsirləndirlilən şəxslər Lazım və Səyyarın işini isə uzatmaqla məşğuldur. Belə ki, 4 ay davam edəm prosesi yekunlaşdırmaq əvəzinə vəkil Ə.Məmmədlinin Qaradağ polis müstəntiqinə 16 dekabrdan başlanan təzyiqləri ( polisi ələalma və yaxud şantaj etməklə) nəticəsində yalan məlumatı əsasında prosesi dəflərlə təxirə salır ki, müstəntiq Elman Vəliyev cinayət işini 3000 baş qoyunun müqabilində hazırladığı saxta cinayət işini Qaradağ Məhkəməsinə hazırlayıb şatdırsın. Lakin görünən budur ki, bu məsələ DTX rəisi cənab Mədət Quliyevin nəzarətində olduğu üçün polis müstəntiqi tamah dişini çəkmiş və ekstremist dəstənin rəhbərlərini müdafiə edəcək, onları məsuliyyətdən yayındıracaq addım atmağa, yəni oğlum Mahirə qarşı maddi maraq naminə saxta cinayət işini açmağa hələlik risk etməmişdir. Əslən Ermənistandan olan və 1988-ci ilədək ermənilərlə süfrə başında çörək yemiş vəkil Ənnağı Məmmədli isə 8 fevral 2017-ci il tarixində keçirilən növbəti məhkəmə prosesində zalda məni və oğlumu hədlədi ki, bu “statyaları” ( CM –nin 221.2 və 221.3) mən sizə verdirəcəm.Baxarıq.

Vəkilin hakimlə sövdələşərək prosesi təxirə saldırmaqda niyyəti budur ki, qaradağ Polis İdarəsində oğluma və ərimə qarşı eyni maddələr üzrə CM 221.2 və 221.3 maddələri üzrə təcili cinayət işi açıb məhkəməyə fevralın 15-dək çatdırsınlar. Guya 10 may 2015-ci il tarixində gecə saat 12-də evimizə Lazım və Səyyarın başçılıq etdiyi 90 nəfərlik saqqalı ekstremist dəstə hücum edərkən guya mənim ərim və oğlum Mahir bu dəstənin içərisində quldur basqınında iştirak edən lazımın arvadı Rəhilə Əndəlifovanı tutub döymüşlər. Doğrudur, Qaradağ Pİ-də belə qondarma epizod üzrə əvvəlcə cinayət işi başlasalar da sonradan işin məntiqə uyğun olmadığını dərk edib məsələni hələlik “DONDURMUŞLAR”. Axı mənim arıq oğlum necə qüdrətli dünya çempionu səviyyəli birisi ola bilər ki, gecə qəfil evimizə hücum zamanı özünü kəndxuda kimi təqdim edən Lazımın arvadını quldur dəstəsinin və ərinin yanında döyə bilsin? Elə bizi hər prosesdə şantaj edən vəkillərinin də ağılları o qədərdir ki, təkid edir ki, nəyin bahasına olur olsun bu ailəyə qarşı cinayət işi açılmalıdır.

Bu arada fevralın 8-də keçirilən növbəti məhkəmə prosesində dövlət ittihamçısı Lazım və Səyyar qardaşlarının hər birinin 6 il müddətində azadlıqdan məhrum edilməsilə bağlı ittihamı elan etdi. Bu arada yenə vəkil Ə.Məmmədli hakimi müşavirə otağına getməyinin qarşısını səs-küy salaraq aldı ki, icazə versin o təqsirləndirilən şəxslərlə 30 dəqiqəlik görüşsün. Və iclasdan bayıra çıxan kimi qaşdılar. Hakim Fuad Hüseynov prosesi 10 fevral 2017-ci ilə təxirə saldı. Budur, dünən 10 fevralda cığal vəkil Ə.Məmmədli məhkəməyə teleqram vuraraq xəstələndiyini bildirmiş və prosesi yenə təxirə salmağı xahiş etmişdir. Yəni artıq son 2 ayda dəflərlə prosesi əsassız olaraq təxirə saldıran ermənistanlı vəkil istəyir ki, yenə vaxt qazanıb müvəkkilinin satdığı 3000 baş qoyunların pulu ilə oğlum Mahuirə və ərim Gülverdiyə sifarişlə cinayət işi açdırsın ki, biz də zərəçəkən kimi məcbur olub saqqallı ekstremist dəstə ilə barışığa gedək. Dini ekstremistləri yüksək canfəşanlıqla müdafiə edən belə vəkilin hərəkətləri qanunvericiliyimizə ziddir və onun fəaliyyəti Vəkillər Kollegiyası tərəfindən dərhal araşdırılmalıdır. Çünki bu vəkilin xisləti imkan vermir ki, məslə qanunvericilik əsasında baxılsın. O hakimi də, Qaradağ poisi Elman Vəliyevi də şantaj etməklə öz məqsədinə nail olmaq istəyir. Amma biz türklər deyirik ki, “PULU kişi kimi qazanarlar!”

Budur, son 26 dekbr və ondan sonrakı günlərdə yaşadığımız kəndin 150 metrliyində 1000 mm diametrli magistral qaz boru xətlərində baş vermiş ardıcıl partlayışlar yenidən mətbuatın diqqətini cəlb etmiş və araşdırmalar zamanı ictimaiyyətə təqdim edilmişdir ki, Lazım və Səyyar Əndəlifovların itaətində olan dəstə üzvləri Suriyaya nə qədər adam göndərmişlər, adları qeyd edilməklə maraqlı faktları ortalığa qoymuşlar. Yəni, məhkəmə araşdılması vaxtında bizim vəsatətlərimizlə düzgün baxılsaydı və araşdırılsaydı çox güman ki, bizim evə 10 və 14 may 2015-ci il tarixində Lazım və Səyyarın rəbərliyi altında quldur basqını törətmiş 90 nəfərlik dəstənin üzvləri istintaqa şahid ifadələri ilə cəlb edilə və cəzalarını ala bilərdilər. Belə təxribatlar və partalışlar da baş verməzdi. Əvvəlcə Qaradağ Pİ-də müstəntiq mayor Habil Hüseynov bu dəstəilə bağlı aparılmış istintaq hərəkətləri zamanı materialları yoxa çıxatrdı.Onları maraqları daxilində müdafiə etdi. İndi də vəkilin atılıb düşməsi və maraqların təmin edilməsilə bu dəstənin məhkəmə zamanı ifşa edilməsinin qarşısını alınır. Bu da nəticə. Hələ əksinə bizi təqsirləndirməkdən ötrü prosesi uzatmaqla məşğuldurlar.

Odur ki, dövlət başçısından xüsusi olaraq xahiş edirəm ki, Qaradağ rayon Polis İdarəsində mayor H.Hüseynovun icraatında olmuş və ekstremist dəstənin işinin ört basdır edilməsinin və bu prosesin hazırda Qaradağ Polis İdarəsində bizim ailəyə qarşı başladıqları quranma cinayət işinin Bakı Baş polis İdarəsində ciddi araşdılmasına zərurət yaranmışdır. Və Sizdən xahiş edirik ki, Qaradağ Polisində başlanmış saxta cinayət işinin Baş Polis İdarəsində araşdırlmasına və sifarişçilərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi barədə göstəriş verəsiniz.

Hörmətli Mədət Quliyev. Xahiş edirəm hazırda kənddə qanunsuz fəaliyyət göstərən Əndəlifovların dədələrinə məxsus məscidə gecələr toplaşan dəstənin fəaliyyətlərinin araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm.


Hörmətlə: Nərgiz Hacıyeva (mob. 050-587 08 25)

Tarix: 11 fevral 2017-cı il

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ